20 iyul 2025 17:28
106

“Ford”da yanğın olub

Şirvan şəhərində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.