Bakı şəhərinin Xətai rayonunda “BYD” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.