20 iyul 2025 20:54
116

Anadolu agentliyinin əməkdaşı: Daha çox sosial şəbəkələrə uyğun videolar hazırlayırıq

AZƏRTAC 105 ildir ki, xəbərlərin düzgün formada çatdırılmasına sadiq qalır. Qeyd etmək istərdim ki, bu il Anadolu agentliyi AZƏRTAC kimi eyni yubileyi - 105 illiyini qeyd edir.

“İki sahil” xəbər verir ki, bu sözləri Anadolu agentliyinin strateji kommunikasiyalar və beynəlxalq əlaqələr meneceri Bilgehan Öztürk Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada söyləyib.

Xəbər agentliklərinin müasir çağırışlara cavab verməsinin önəmini vurğulayan Bilgehan Öztürk bu məsələdə əməkdaşlığın mühüm əhəmiyyət daşıyan bir məqam olduğunu diqqətə çatdırıb.

"Dünyadakı transformasiyanı nəzərə alaraq əməkdaşlıq vacibdir. Əlbəttə, əməkdaşlıq mövcuddur, lakin biz institusional tərəfdən əlaqələr qurmalıyıq", - deyə o bildirib.

Spikerin sözlərinə görə, Anadolu agentliyi son 4 ildə fərqli gəlir cəlbetmə üsullarından istifadə edir: “Daha çox sosial şəbəkələrə uyğun videolar hazırlayırıq".