20 iyul 2025 22:40
110

ABŞ nümayəndəsi: Suriyanın cənubundakı münaqişə tərəfləri əsirləri dəyişdirməyə hazırlaşır

Suriyanın Əs-Suveyda əyalətində silahlı münaqişə tərəfləri nəhayət ki, hərbi əməliyyatları dayandırıb və əsirləri dəyişdirməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu açıqlama ilə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak çıxış edib.

"Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) münaqişənin bütün tərəfləri hərbi əməliyyatların tam dayandırılmasına razılaşıblar. Davamlı deeskalasiya istiqamətində növbəti kritik addım əsirlərin və girovların mübadiləsi olmalıdır", - nümayəndə qeyd edib.