08 fevral 2019 17:29
310

6 futbolçu öldü

Braziliyanın "Flamenqo" klubunun təlim-məşq bazasında yanğın baş verib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, faciə nəticəsində 10 nəfər həlak olub, 2 şəxs isə ağır xəsarət alıb. Hadisə Rio-de-Janeyro təmsilçisinin yeniyetmələrdən ibarət komandasının hazırlıq keçdiyi məkanda olub.  

Ölənlər arasında 14-17 yaşlı 6 futbolçu olub. Onlardan 4-ü "Flamenqo"nun yetirməsi, 2-si isə baxışda olanlardır. Yanğının səbəbləri bəlli deyil.