02 noyabr 2025 15:05
153

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

“İki sahil” xəbər verir ki, baş məşqçi Faiq Qarayev 12 oyunçunu yığmaya dəvət edib.

Bunlar Ayşən Abduləzimova, Aynur İmanova, Marqarita Stepanenko, Kseniya Pavlenko, Yuliya Kərimova, Bəyaz Quluyeva, Valeriya Kondratyeva, Anastasiya Bayduk, Ülkər Kərimova, Nilufər Ağazadə, Yelizaveta Burkova və Valeriya Burkovadır.