02 noyabr 2025 16:32
149

Qrizmann La Liqanın tarixinə düşdü

İspaniya La Liqasının 11-ci turunda “Sevilya" üzərində qələbə (3:0) “Atletiko”nun futbolçusu Antuan Qrizmann üçün əlamətdar olub. 

“İki sahil” xəbər verir ki, görüşdə rəqib qapısına yol tapan fransalı hücumçu çempionatdakı 200-cü qolunu vurub. O, La Liqada bu saya çatan 6-cı legioner olub.

Qrizmanndan əvvəl La Liqada yalnız 5 əcnəbi futbolçu 200 qol vurmuşdu: Alfredo Di Stefano (Argentina, 227 qol), Hugo Sanchez (Meksika, 234), Kərim Benzema (Fransa, 238), Kriştiano Ronaldo (Portuqaliya, 311) və Lionel Messi (Argentina, 474).