02 noyabr 2025 18:30
139

Premyer Liqa klubu baş məşqçini istefaya göndərdi

İngiltərə Premyer Liqası təmsilçisi “Vulverhempton” baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb. 

“İki sahil” xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, Pereyra ötən ilin dekabrında komandaya qoşulduqdan sonra uğurlu çıxışla Premyer Liqanın ikinci yarısını yaxşı nəticələrlə başa vurmuşdu. Lakin son aylardakı göstəricilər klubun standartlarına cavab vermədiyindən onunla əməkdaşlığa son qoyulub.

“Canavarlar” cari mövsümdə keçirdikləri 10 oyundan cəmi 2 xal toplayıblar və Premyer Liqa cədvəlində sonuncu - 20-ci pillədə qərarlaşıblar. Komanda hazırda 17-ci sıradakı rəqibindən 8 xal geri qalır.