02 noyabr 2025 17:59
136

MPL: "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi

Misli Premyer Liqasında 10-cu turunda "Turan Tovuz" "Şamaxı"nı qəbul edib.

İki sahil”in məlumatına görə, oyunun 45-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Rikardo Apolinario hesabı açsa da, 47-ci dəqiqədə Roberto Olabe “Turan Tovuz”un bərabərlik qolunu vurub. 49-cu dəqiqədə isə Joarlem Santos meydan sahiblərini hesabda önə çıxaran qolun müəllifi olub.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

10-cu tur

2 noyabr (bazar)

16:00. “Turan Tovuz” 2–1 “Şamaxı”

Qollar: Rikardo Apolinario 45 (0-1), Roberto Olabe 45+2 (1-1), Joarlem Santos, 49 (2-1)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Tovuz şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”