02 noyabr 2025 20:29
115

MPL: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəldi

Misli Premyer Liqasında 10-cu turunda "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşıb.

İki sahil”in məlumatına görə, oyunun 17-ci dəqiqəsində Roi Kehat hesabı açıb. 41-ci dəqiqədə Şarl Boli bərabərlik qolunun müəllifi olub.

50-ci dəqiqədə Patrik Andrade naxçıvanlıları hesabda önə çıxarsa da 69-cu dəqiqədə Ronaldo Vaskez hesabı bərabərləşdirib - 2-2.

Qarşılaşmada son nöqtəni Roi Kehat qoyub. O, 78-ci dəqiqədə özünün ikinci, komandasının 3-cü qolunu vuraraq “Sumqayıt”a qələbə qazandırıb.

Misli Premyer Liqası,

10-cu tur

2 noyabr (bazar)

18:30. “Sumqayıt” 3–2 “Araz-Naxçıvan”

Qollar: Roi Kehat,17 (1-0), Şarl Boli, 41 (1-1), Patrik Andrade, 50 (2-1), Ronaldo Vaskez, 69 (2:2), Roi Kehat 78 (3-2)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

M.H. adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”