12 noyabr 2025 09:42
82

Maşın ağaca çırpılıb - Göygöldə

Göygöl rayonunda idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar - 2003-cü il təvəllüdlü Fuad Əsgərov, 2003-cü il təvəllüdlü Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Xəsarət alanların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.