12 noyabr 2025 12:21
91

Əhmədlidə baş verən sürüşmə zamanı xəsarət alan olmayıb

Əhmədli qəsəbəsində baş verən sürüşmə zamanı xəsarət alan olmayıb.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xətai rayon icra Hakimiyyətinin İctimai siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov deyib.

Bakıda, Xətai rayonunda abadlıq işləri davam edir. Burada yaşıllaşma işləri aparılır. Həmin ərazidə ağaclar əkilib. Onlara da avtotexniki qulluq göstərməkdən ötrü çox su xətləri çəkilib. O su xətlərin birində hazırda sızma baş verib. Sızma nəticəsində su bir hissəyə yayılıb. Bu səbəbdən bu ərazidə sızma baş verib. Hadisədən sonra dərhal həmin xətt müəyyən edilərək təmir olunaraq bərpa edilib. Hazırda təmizlik işləri ərazidə aparılır. Digər qurumlara da hadisə barəsində məlumat verilib".

İcra hakimiyyətinin nümayəndəsi qeyd edib ki, ümumilikdə bu ərazi sürüşmə zonası deyil:

"Sırf texniki problem nəticəsində bu hadisə baş verib.