13 noyabr 2025 17:44
134

Azərbaycanın voleybol millisi gümüş medal qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanıın paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki, yığmamız finalda Türkiyə seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.