13 noyabr 2025 22:55
118

Azərbaycan İslandiyaya məğlub olub - DÇ-2026

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.

“İki sahil” xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.