02 dekabr 2025 09:04
115

Azərbaycan Kuboku: 1/8 final mərhələsinə bu gün iki oyunla start veriləcək

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə bu gün iki oyunla start veriləcək.

“İki sahil” xəbər verir ki,  "Turan Tovuz" "Şahdağ Qusar"la, "Neftçi" "Zirə" ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq saat 15:00 və 19:00-da start götürəcək.

"Şahdağ Qusar" – "Turan Tovuz" cütünün qalibi növbəti raundda "Araz-Naxçıvan" – "Kəpəz" duelinin güclüsü ilə qarşılaşacaq. "Zirə" – "Neftçi" görüşündə üstün olan tərəf isə "Difai" – "Sumqayıt" qarşılaşmasının qalibinə rəqib olacaq.

Azərbaycan Kuboku

1/8 final

2 dekabr

15:00. "Şahdağ Qusar" – "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elman Musayev.

"SOCAR Polymer Arena"

19:00. "Zirə" – "Neftçi"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Rauf Cabarov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.