Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.
“İki sahil” xəbər verir ki, o, qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Qalatasaray” və Portuqaliyanın “Porto” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək. Dekabrın 3-də İstanbulda keçiriləcək qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravainen olacaq.