Sabah Bakının Xəzər rayonu və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.