02 dekabr 2025 19:36
116

Bakıda BƏƏ-nin Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilir

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilir.

“İki sahil” xəbər verir ki, BƏƏ-nin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qəbulda fəxri qonaq qismində iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edir.

Ümumi qonaqlar arasında isə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Milli Məclisin üzvləri, ictimai-siyasi xadimlər yer alırlar.