03 fevral 2019 15:41
215

63 yaşlı qadın Paşinyanın iqamətgahından oğurluq edib

Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda Baqramyan prospekti 26 ünvanında yerləşən iqamətgahından oğurluq edən şəxs müəyyən edilib. 

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, faktla bağlı müstəntiqlər 20 nəfəri dindiriblər.

Onlardan biri, 1956-cı il təvəllüdlü qadın iqamətgahdan xatirə sikkələrini oğurladığını etiraf edib. Qiymətli əşyalar yerinə qaytarılıb, cinayət işi başlanıb.