Ermənistan və Avropa İttifaqı (Aİ) ən geci iki il ərzində viza rejimini ləğv edəcək.
“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşündə bildirib.
"Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması məsələsi iki ildən gec olmayaraq həll ediləcək... O vaxta qədər sizə sadəcə pasport və bileti özünüzlə götürməyi unutmamaq qalacaq", - o bildirib.
Ərdoğan: Türkiyə İranla bağlı istənilən razılaşmanın icrasına dəstək verməyə hazırdır
İƏT-ə üzv 15 ölkə Somalinin separatçı bölgəsinin İsraildə səfirlik açmaq niyyətini pisləyib