24 may 2026 22:22
82

Qətər əmiri: Məsləhətləşmə və koordinasiya regional sabitliyi gücləndirə bilər

Regional və beynəlxalq sabitliyin möhkəmləndirilməsi məqsədilə dövlətlər arasında məsləhətləşmənin və koordinasiyanın gücləndirilməsi vacibdir. Regiondakı böhranların həlli üçün diplomatik yollar ən optimal vasitədir.

“İki sahil” “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, ABŞ Prezidenti Donald Tramp, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, İordaniya Kralı II Abdullah, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının ordu komandanı Asim Munirin iştirakı ilə keçirilən birgə telefon danışığı zamanı səsləndirib.

Telefon danışığı zamanı regionda artan təhlükəsizlik və siyasi çağırışlar fonunda bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər gərginliyin qarşısının alınması, onun daha geniş miqyas almasına imkan verilməməsi, regionda təhlükəsizliyin və sabitliyin qorunması yollarını müzakirə ediblər.