Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 24-də Ankarada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdən sonra heç bir bəyanat səsləndirilməyib.