25 may 2026 01:39
90

Finlandiya Prezidenti Rusiya ilə sərhədin açılması üçün şərt qoydu

Finlandiya Rusiya ilə sərhədi yalnız Rusiya Federasiyasının ən yüksək siyasi rəhbərliyinin Moskvanın miqrantlardan silah kimi istifadə etməyəcəyinə dair zəmanətindən sonra açacaq.

İki sahil” xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubbın “Yle Radio Suomi”də canlı yayımda tamaşaçıların suallarını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, sərhəd yalnız Rusiyanın Finlandiyaya qarşı immiqrantlardan və ya qaçqınlardan silah kimi istifadə etmədiyinə əminlik olduqda açıla bilər. Stubb vurğulayıb ki, Helsinki belə bir əminliyi Rusiyanın ən yüksək siyasi səviyyəsindən almalıdır.

Xatırladaq ki, Finlandiya 2023-cü ilin sonunda qanunsuz miqrantların axını səbəbindən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamışdı.

Helsinki Moskvanı Finlandiya hakimiyyətinə təzyiq göstərmək üçün miqrantları qəsdən keçid məntəqələrinə göndərməkdə ittiham edib, Kreml bunu təkzib edib. Finlandiya hökuməti sonradan sərhədin bağlanmasını qeyri-müəyyən müddətə uzadıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”