Fərqli başlayıb eyni bitən ömürlər var bu həyatda. Gəlişi sevinc bəxş edib, gedişi yandırıb kül edən talelər var bu aləmdə. Hamını sabaha olan ümidi yaşadır. Elə Bahadur ata və Kimya ana kimi. Bir bar gətirmişdirlər dünyaya Ümid adında. Bəhrəsini özləri böyütmək məcburiyyətində qaldılar.
Tədbirlərdə şəhid ailələri ilə yanyana durmaq qədər qürurlu, qürurlu olduğu qədər də kədərli heç nə yoxdur məncə. Onların dərd bükmüş qamətlərini bircə təsəlliləri yıxılmağa qoymur. O da övladlarının şəhadətidir. Nə deyilsə ki, təsəlli olar şəhid əmanətlərinə? Əlbəttə ki, elə bir ifadə yoxdur, olmayacaq da.
Səhər yenicə açılmışdır ki, telefonuma bir mesaj gəldi. “Salam, Sevinc xanım sizi 7 iyun tarixində Ümidin mövlud tədbirinə dəvət edirik. Buyurub gəlsəniz şad olarıq”.
Yazan Naxçıvan Muxtar Respubliksının Babək qəsəbəsindən olan İkinci Qarabağ müharibəsi şəhidi Novuzlu Ümid Bahadur oğlunun həyat yoldaşı Gülay xanım idi. Gülay çox mədəni, tərbiyyəli, yer-yurdunu bilən xanım-xatun bir gənc qızımızdır. Onun təmkinli və sadə olmağı həmişə diqətimi çəkib. Həm sevindim, həm də kədərləndim və utandım. Mənə bu müddət ərzində Ümidin evini ziyarət etmək nəsib olamamışdı. Onun bizə əmanət doğmaları ilə daha yaxından tanış olmaq nədənsə bu günlərə qalmışdı. Mənə görə şəhid ocaqlarını ziyarət etmək elə Məkkə, Mədinəni ziyarət etməyə bərabərdir. Necə ki, Allah o ziyarətlərə getmək üçün bizə izn verməlidir bax, şəhid ocağını da ziyarət etmək üçün gərəkdir ki, yol aça bizə. Gün təyin etdik və Gülay böyük bir ehtiramla özü mənim ardımca maşınla gələrək evlərinə apardı. Halbuki mənə şərəfdir ki, şəhid ocağına yeri gəlsə ayaqyalın gedəm. Bu addım Gülayın ailədən gələn böyüklüyünün göstəricisi idi.
Hər dəfə şəhid evlərinə getdiyimdə hiss etdiyim o duyğular yenə sardı məni. Mən Ümidin ruhunu başımın üstündə hiss edirdim. Küçə qapısında asılan bayrağımıza və mənalı baxışarında sanki razılıq sezdiyim şəklinə təzim edərək həyətə girdim. Həyyətin iki divarında Ümidin və Naxçıvandan olan bütün şəhidlərimizin fotolarının yer aldığı böyük bir güşə ilə qarşılaşdım. Bahadur atanın işidir dedim. Heç bir şəhidi balasından ayırmayıb hamısını Ümidə qardaşdır deyib evində əbədiləşdirib. Qürurlu idi, görüntüdən qəm ələnsə də. Qapıya çıxan qarabəniz balanı ilk dəfə görsəm də Ümidin əmanətidir dedim. Bu qədərmi bənzər oğul ataya? Bəli Bahadur bala atasının əkizidir sanki. Baxmayaraq ki, babasının adını daşıyır simasını bütövlükdə atasından almışdır. İpək saçlı Nilay da atsından cizgilər daşıyır. Amma anasına daha çox bənzətdim onu. Onları qucaqlayanda elə bildim ki, Ümid də onlara sarılıb qoxladı. Kimya xanımla bir neçə gün əvvəl bir tədbirimdə görüşmüşdük. Amma o həyəcanlı günümdə fürsət tapıb hansı şəhdin doğması olması ilə maraqlana bilməmişdim. Özü xatırlatdı orada olduğunu. Və mən özümü yenə də günahkar hiss etdim. Niyə mən onların hamısına yetə bilmirəm axı.
Nur üzlü cavankən qocalmış bir şəhid anası ilə üz-üzə oturmaq çox çətindir. Təskinlik üçün seçdiyim sözlər boğazımı yara-yara çıxırdı ağzımdan. Bəzən nə deyəcəyimi belə bilmirdim. Bircə onu bilrdim ki, bu ana bir igid balanı vətən, torpaq üçün böyüdübmüş. O bala ki, cavan canını, arzularını, gələcəyini təki vətən sağ olsun deyərək fəda etmişdir.
Novruzlu Ümid Bahadur oğlu Azərbaycanın Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış igid oğullarından biridir. O,7 iyun 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda məhz bu ailədə anadan olub. İki qız övaladından sonra ata-anasına arxa-dayaq gəlmişdi Ümid. Gəlişi toy-bayram oldu Ümidin. Bacıları Zeynəb və Fərqanə anasına Ümidi saxlamaqda canla başla kömək edirdilər. Ümid onların gələcəkdə sığına biləcəkləri dağ olacaqdı axı. Ata-analarına oğul, onlara qardaş Ümid. Sevgi və sayqı ilə böyüdü Ümid. Daima qayğı ilə əhatələdi doğmaları onu. Elə o dəyər idi Ümidi Ümid kimi yetişdirən.

Orta məktəbi yaxşı oxuyan Ümidin hələ uşaq vaxtlarından hərbi formaya marağı məhz elə atasının hərb sənətinə yiyələnməsindən qaynaqlanırmış desək yanlış olmaz bəlkə də. O tez-tez mən də əsgər olub vətənimi düşməndən qoruyacam deyirmiş atasına. O hərbi xidmətini layiqincə yerinə yetirmiş, və xidmətini alnı açıq, üzü ağ tamamlayaraq evinə dönmüşdür. Bir müddət sonra ailəsinin də razılığını alaraq hərb sənətinə yiyələnmək üçün gizirlik kurslarına yazılır. Beləcə vətənə olan sevdası onun həyatını dəyişir. İşlədiyi dörlərdə komandirlərindən fəxri fərmanlar və təşəkkürnamələr alan Ümidlə atası Bahdur kişi fəxr edib qürur duyurdu. Nümunəvi gizir kimi hörmət qazanan Ümid İkinnci Qarabağ müharibəsində Naxçıvandan Qarabağa yola düşən hərbçilərdən biri oldu. Onların Ümidlə sonuncu danışığı oktyabrın 25-i olur. O səhər tezdən zəng edib başqa bir yerə getdiklərini bildirir. Və sonra onunla heç bir şəkildə əlaqə yarada bilmirlər.
O gün gec saatlarda ölkənin bütün televiziyaları vasitəsilə qələbə xəbəri, zəfər səadası xalqa elan edildi. Kimya xanım bu xəbəri Bakıda alır. Gülay isə bu xəbəri qaynatasına vermək üçün gec də olsa evdə vargər edərək qapıların səsini eşitməsini və oyanmasını istəyirdi. Nəhayətdə Bahadur kişiyə də bu gözlənilən xəbər verilir. O gecə ön cəbhədə olan hər kəsdən demək olar ki, evlərinə zəng gəlir. Zəngini gözələdikləri Ümiddən isə xəbər çıxmır. Tanıyıb bildikləri hər kəsdən onu soraqlayırlar. Bir neçəsi bir neçə saat əvvəl görmüşük onu deyirlər, güman ki, o qabağa gedib deyirlər ailəsinə və atasına. Beləcə Ümidə ümidlə qovuşacaqları anı gözləyirlər.
Günlər ağrılı, intizarlı və eyni zamanda ümidli keçirdi. Lakin 12 noyabr tarixində ailənin son ümidini gələn zəng ilə qırdılar. O artıq bir neçə gün imiş ki, şəhadətə yetişibmiş. Şuşaya daxil olsa da zəfər xəbərini almadan gözünü əbədiyyətə yumur ailənin Ümidi. Bir çox oğullarımız kimi o da başqalarının arzularını gözündə qoysa da öz arzusuna çatmışdı artıq. Ailəyə verilən məlumata əsasən noyabrın 5-si səhər saatlarında Şuşa uğrunda gedən qızğın döyüşlər zamanı Ümid yaralanır, lakin, “bu kiçik yaradı, mən döyüşə davam edəcəyəm”, - deyərək döyüşə atılır. Təəssüf ki, ikinci minamyot mərmisi də onun yaxınlığına düşür. Bu dəfə ağır yaralanan Ümid elə döyüş meydanında da şəhadət şərbətini içir.
Onun nəşini Naxçıvan Hava Limanında qarşılayan ailəsi üçün ən ağırı da o idi ki, körpə balalarının sualına cavab tapa bilmirdilər. Onlar anasına biz atamızı tanıya bilmirik axı hərbiçilər içində. Hanı bizim atamız deyə soruşurlar. Ailə isə üçrəngli bayrağa bürünərək çiyinlərdə yurda qayıdan şəhid Ümidin əmanət körpələrinə ümid olaraq sarılıb atanız bundan sonra sizdə yaşayıb sizinlə var olacaq demək məcburiyyətində qalırlar.
Şuşa istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət göstərən Ümid 5 noyabr 2020-ci ildə şəhid olaraq ən ali məqama ucalır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda" medalı, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ruhun şad olsun cənnət qoxulu şəhidim. Qarşında əbədiyyən baş əyirik.
Sevin Azadlı, şair-publisist