09 iyun 2026 13:41
131

Taliban rəhbərliyi məmurlar üçün smartfon istifadəsini qadağan edib

"Taliban" hərəkatının lideri Hibatullah Axundzadə hərəkat üzvləri və dövlət qulluqçuları üçün smartfonlardan istifadənin qadağan olunması barədə göstəriş verib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Afghanistan International" məlumat yayıb.

Məlumata görə, qadağanı pozan şəxslər hərbi məhkəməyə veriləcək. Onları hansı cəzanın gözlədiyi barədə isə rəsmi məlumat açıqlanmayıb. Eyni zamanda, hərbi məhkəmələrin əməkdaşlarına dövlət qurumlarında çalışan şəxslər arasında bu göstərişin icrasına nəzarət etmək tapşırılıb.

Qərarın yerinə yetirilməsini təmin etmək məqsədilə nəzarətdə saxlanılan şəxslərin adlarını, vəzifələrini, xidmət yerlərini, istifadə etdikləri mobil operatorları və telefon nömrələrini əhatə edən xüsusi siyahılar hazırlanıb.