Almaniya 2026-cı ilin birinci yarısında Çinlə ticarət kəsirini 2025-ci ilin birinci yarısındakı təxminən 40 milyard avrodan 2026-cı ildə 55 milyard avroya qədər artırıb.
“İki sahil”in "Reuters" agentliyinə istinadən məlumatına görə, Almaniyanın Çinə ixracı 12 %-dən çox azalaraq 37 milyard avrodan aşağı düşüb, Çindən idxal isə 8,9 % artaraq 91,8 milyard avroya çatıb.
Buna baxmayaraq, Çin Almaniyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Yanvar-iyun ayları arasında ümumi ikitərəfli ticarət 128 milyard avronu keçib ki, bu da ABŞ ilə ticarətdən təxminən 3 milyard avro çoxdur.
2021-ci ildə Almaniyanın ən böyük ixrac bazarları arasında ikinci yeri tutan Çin indi doqquzuncu yerə düşüb. Ekspertlər tədarükün azalmasını Almaniyanın zəifləmiş iqtisadiyyatı və Çinin öz istehsal zəncirlərinə artan diqqəti ilə əlaqələndirirlər.
Fransa XİN ABŞ Prezidentinin sosial media paylaşımlarına reaksiya verməyi vacib hesab etmir
Fransa heç vaxt olmadığı qədər Aİ-yə qarşı düşmənçilik mövqeyindədir - "Politico"