Cüdo üzrə Azərbaycan millisinin üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.
“İki sahil” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə idmançılarımız müxtəlif ölkələrin tatami ustaları ilə birgə məşqlər keçirlər. Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri baş tutacaq
III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb