10 fevral 2020 14:49
642

7 dairənin liderləri də açıqlandı - SİYAHI

Milli Məclisə seçkilərdə 7 seçki dairəsi üzrə lider namizədlər müəyyənləşib

Milli Məclisə seçkilərlə əlaqədar 7 seçki dairəsində ən yüksək səs toplayan namizədlər müəyyənləşib.

İlkin nəticələrə əsasən, həmin 7 seçki dairəsi üzrə lider namizədlər aşağıdakılardır:

17 saylı Yasamal Üçüncü Seçki Dairəsi – Allahverdiyev Elnur (YAP) - 41 %

35 saylı Xətai Üçüncü Seçki Dairəsi - Rauf Arifoglu (bitərəf) – 49,2 %

42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili (YAP) – 50,1 %

44 saylı Sumqayıt-Xızı Seçki dairəsi - Müşfiq Məmmədli (YAP) – 45,8 %

77 saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov (YAP) – 57,6 %

123 saylı Kəlbəcər Seçki Dairəsi - Aqil Məmmədov (YAP) – 71,7 %

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov (YAP) – 40,3 %

Bununla da Milli Məclisə seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə lider namizədlər məlum olub.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.