08 iyun 2018 23:01
2458

SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu başlayıb

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərinə şagird qəbulu başlayıb

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzlərinə şagird qəbulu üzrə müsabiqə elan edib.

Müsabiqəyə Azərbaycan Respublikası vətəndaşı, bu il sentyabrın 15-dək 29 yaşı tamam olmayan, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olan (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər) və hərbi bileti olan (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq) şəxslər müraciət edə bilər.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı http://new.socar.az/khs/upload/sayt uchun/ttm/khtm/index-khtm.html  linki vasitəsilə “Qəbul qaydaları” bölməsindən, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldurmaq olar. Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected]  elektron poçt ünvanına yaza bilərlər. Müraciət üçün son tarix iyun 21-i saat 17:00-dur.