25 iyun 2020 16:50
577

94 yaşlı xəstəni ziyarətinə gedən 49 nəfər karantinə alındı

Türkiyənin Qaziantep bölgəsində xroniki ağ ciyət xəstəliyindən əziyyət çəkən 94 yaşlı A.Y.-ni ziyarət edən 49 nəfər karantinə alınıb. “İki sahil” xəbər verir ki, xəstəxanaya aparılan A.Y. koronavirus şübhəsi ilə müalicə olunur.

Qeydiyyat zamanı müəyyən edilib ki, A.Y. xəstəxanaya aparılmamışdan əvvəl eyni məhəllədə olan 49 nəfər onu ziyarət edib. 11 evdə yaşayan həmin şəxslər karantinə alınıblar.

Bildirilir ki, karantinə alınanların evlərinin ətrafına jandarma təhlükəsizlik lenti çəkib. Giriş-çıxışın qadağan edildiyi evlər dezinfeksiya edilir.