12 iyul 2019 16:14
198

AAYDA-nin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları Fəxri xiyabana gələrək ulu öndəriun xatirəsini yad edib.  AAYDA-nin İdarə Heyətinin rəhərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil qoydular, xatirəsinə ehtiramlarını bildiriblər.

 Yol təsərrüfatında uğurların əldə olunması ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonraya təsadüf edir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” ideyası ilə bu sahənin inkişafında müstəsna rol oynayan Heydər Əliyevin xidmətləri sayəsində yol tikintisində o dövr üçün elmin ən son nailiyyətlərindən istifadəyə başlanıb.

Ümummilli Lider ölkənin gələcək inkişaf startegiyasında yol təsərrüfatının inkişafına xüsusi həssaslıqla yanaşırdı. Ölkənin inkişafı istiqamətində əhəmiyyətli addımlar atan ulu öndər bilirdi ki, iqtisadiyyatın əsas sütunlarından olan yol təsərrüfatının yenidən qurulması həllini gözləyən ən vacib məsələlərdən biridir.

Ümummilli lider Heydər Əliyev “Tarixi İpək yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirib. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artdı, Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit məkanına çevrilib.

 Ulu Öndərin bu siyasətin nəticəsidir ki, bu gün də yol təsərrüfatının inkişafına xüsusi önəm verilir və bu sahə daim dövlət başçısı tərəfindən diqqətdə saxlanılır.