09 iyul 2020 15:54
1471

AAYDA-nın vəzifələri azaldılıb - SƏRƏNCAM

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifələri azaldılıb.

Bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan fərmanla "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirməsi vəzifəsi ləğv edilib.

Bunan başqa, fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilib.