30 iyul 2020 12:12
311

AAYDA su qıtlığı ilə bağlı görülən tədbirlərə dəstək olub - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçala rayonunda yaranan içməli su qıtlığı ilə bağlı görülən tədbirlərə dəstək olub.

"İki sahil" xəbər verir ki, agentliyin xüsusi texnikaları vasitəsi ilə əhaliyə su qıtlığı yaranan ilk günlərdən içməli su daşınması təmin edilir.

Zərurət yaranacağı təqdirdə agentlik içməli su daşınması üçün əlavə texnikaların cəlb edilməsini təmin edəcək.