10 may 2019 16:42
1279

Abonentlərin sayı 2 222 316-ya çatıb

2019-cu ilin yanvar-aprel ayları ərzində  “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 38 062 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 18262-i Bakı, Abşeron və Sumqayıt, 19800-ü isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olmuşdur.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 222 316-ya çatmışdır.