07 avqust 2020 19:44
883

ABŞ-da 58 444 yeni yoluxma qeydə alınıb

ABŞ-da son sutka ərzində 1 176 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

İndiyədək Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin ümumi sayı 162 836 nəfərə çatıb. 

Son 24 saatda 58 444 yeni yoluxma qeydə alınıb ki, bununla da ölkədə indiyədək infeksiyaya yoluxanların sayı 5 033 723-ə çatıb.

İndiyədək virusa yoluxanlardan 2 milyon 577 min nəfər sağalıb.