09 avqust 2020 16:45
863

ABŞ-da atışma olub

ABŞ-ın Vaşinqton şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə WTOP radiostansiyası polisə istinadən xəbər verib.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, daha 9 nəfər yaralanaraq tibb müəssisələrinə aparılıb.

Hadisə gecə saat 01:00-da baş verib. Əlavə məlumat verilməyib.