11 avqust 2020 19:17
1252

ABŞ-da COVID-19-dan daha 653 nəfər öldü

Son sutkada ABŞ-da COVID-19-dan 653 nəfər ölüb. 

Bununla da ABŞ-da koronavirusdan ölənlərin sayı 166 273 nəfərə çatıb.

Bildirilib ki, son sutkada ölkədə koronavirusa 52 708 yeni yoluxma faktı qeydə alınıb, ümumilikdə yoluxma sayı 5 253 765-ə çatıb.  Xəstəlikdən sağalanların sayı isə 2 717 000 nəfərdir.  Qeyd edək ki, ABŞ koronavirusa yoluxma sayına görə ilk yerdədir.