23 yanvar 2021 08:39
636

ABŞ-da COVID-19-dan ölənlərin sayı neçə mindir?

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 188 952 yoluxma halı qeydə alınıb, 3955 nəfər vəfat edib.

"İki sahil" bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 24,6 milyon yoluxma qeydə alınıb. ABŞ-da COVID-19-dan ölənlərin sayı 410 mini ötüb.