27 iyun 2020 13:38
248

ABŞ-da COVİD-19 yoluxanların sayı 2,5 milyon nəfərə yaxınlaşır

ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı 125 min nəfəri ötüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına əsasən, saat 05:30 üçün ABŞ-da koronavirusa yoluxanların sayı 2 467 510 nəfərə, koronavirusdan ölənlərinsayı isə 125 045 nəfərə çatıb.

Bildirilir ki, ölkədə koronavirusdan 670 mindən çox insan sağalıb.