21 may 2019 16:37
213

ABŞ-da Konqres tarixində ilk dəfə iftar təşkil edilib

ABŞ Konqresi tarixində ilk dəfə amerikalı konqresmenlər üçün iftar süfrəsi açılıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, iftar süfrəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri İlxan Omar (Minnesota ştatı), Andre Karson (İndiana ştatı) və Rəşidə Tlaip (Miçiqan ştatı) tərəfindən Amerika Müsəlman Hüquqşünaslar Assosiasiyası ilə birgə təşkil edilib.

İftarda ABŞ Konqresinin Nümayəndələr Palatasının çoxsaylı üzvləri və əməkdaşları iştirak ediblər.

R.Tlaip iftarın böyük tarixi əhəmiyyətini qeyd edərək deyib: “Bizi qorxuya salmaq və nifrəti təşviq etmək üçün ədalətsizliklə təqib edirlər. Bu gün biz burada ədalətə və sülhə sadiq olduğumuzu nümayiş etdiririk”.

2018-ci ilin noyabrında Konqresə aralıq seçkilərin yekunları əsasında tarixdə ilk dəfə iki müsəlman qadın ABŞ Konqresinin Nümayəndələr Palatasına üzv seçilib. Miçiqan ştatından Demokratlar Partiyasının nümayəndəsi, mənşəcə Fələstindən olan siyasətçi Rəşidə Klaip, Minnesota ştatından demokratların nümayəndəsi, əslən Somalidən olan İlxan Omar Konqresə seçilib.