06 aprel 2020 19:17
1056

ABŞ-da pandemiya qurbanlarının sayı 9 654 nəfərə çatdı

ABŞ-da son bir gündə daha 1 151 nəfər pandemiyanın qurbanı olub. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. 

Bildirilib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 9 654 nəfərə çatıb. 

Bundan başqa, son bir gündə ABŞ-da daha 25 722 nəfər infeksiyanın daşıyıcısına çevrilməklə yoluxanların sayı 337 971-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 289 000-i ötüb. Bunların 272 115 nəfəri sağalıb, 70 625 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.