30 sentyabr 2020 23:39
743

ABŞ-da şirkətin anbarında atışma olub, ölən və yaralanan var

ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində yerləşən "Amazon" şirkətinin anbarında atışma nəticəsində azı bir nəfər ölüb, bir nəfər yaralanıb.  

"İki sahil" “Report”a istinadən xəbər verir ki, polis əməkdaşları “Amazon”un anbarında gecə saatlarında güllə yarası alan bir kişi və bir qadın aşkarlayıblar. Bir müddət sonra qadın ölüb, kişi isə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır. Hər iki şəxs şirkətin əməkdaşı olub.