29 noyabr 2020 17:21
671

ABŞ-da son sutkada 155 mindən çox insan koronavirusa yoluxdu

ABŞ-da son sutkada 155 mindən çox insan koronavirusa yoluxub, 1189 nəfər isə dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, ötən gün 205 557 nəfərdə virus aşkarlansa da, son bir gündə bu rəqəm 155 596 olub. Ölkədə ümumilikdə 13 milyondan çox yoluxma halı qeydə alınıb, 266 mindən çox insan dünyasını dəyişib.

5 milyondan çox pasiyent COVİD-19-a qalib gəlib.