15 may 2019 16:50
71

ABŞ-dan sonra Almaniya da HƏRƏKƏTƏ KEÇDİ

Almaniya Silahlı Qüvvələri İraqda hərbi fəaliyyətini dayandırıb.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bölgədə gərginliyin artması səbəbindən almaniyalı hərbçilərin təlim fəaliyyətlərinə ara verilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu gün İran ilə Bəsrə körfəzində artan gərginlik səbəbilə İraqdakı məmurlarına ölkələrinə geri qayıtmağı əmr edib.