20 iyul 2019 11:37
878

ABŞ-ın 13 min sakini işıqsız qalıb

ABŞ-ın Medison (Viskonsin ştatı) şəhərinin 13 mindən artıq sakini yanğın səbəbindən eletrik enerjisiz qalıb.

"İki sahil" Trend-ə istinadən verdiyi məlumata görə, "Madison Gas and Electric" şirkətinin nümayəndəsi bildirib ki, hazırda əməkdaşlar tez bir zamanda elektrik enerji təchizatını bərpa etmək üçün əllərindən gələni edirlər.

Onun sözlərinə görə, baş verən yanğın texniki nasazlıq səbəbindən olub və anomal istilərlə heç bir əlaqəsi yoxdur.

Telekanal qeyd edir ki, gün ərzində şəhərdə havanın temperaturu 40 dərəcə istiyə qədər yüksəlir.