21 avqust 2019 22:00
697

ABŞ-ın neft və qaz hasilatı rekord həddə çatıb

  ABŞ-ın neft və qaz hasilatı 2018-ci ildə rekord həddə çatıb. Məlumatı ölkənin Enerji İnformasiyası Administrasiyası yayıb.

 Məlumatda bildirilir ki, ötən il ABŞ-ın neft hasilatı 16 %, qaz hasilatı isə 12 % yüksəlib.  Gündəlik neft hasilatı 11 milyon barrel, qaz hasilatı 28,5 milyard kubfut təşkil edib.

 Enerji İnformasiya Agentliyi Rusiyanın xam neft və təbii qaz hasilatının da 2018-ci ildə rekord həddə çatdığını açıqlayıb.

 Səudiyyə Ərəbistanının illik orta xam neft hasilatı göstəriciləri 2018-ci ildə nisbətən yüksəlsə də, rekord hasilat qeydə alınmış 2016-cı illə müqayisədə aşağı olub.

 ABŞ 2011-ci ildə ən böyük təbii qaz hasilatçısı Rusiyanı bu sahədə ötərək dünya üzrə birinci olmuşdu. 2018-ci ildə isə Səudiyyə Ərəbistanını neft hasilatında geridə qoyaraq dünya liderinə çevrilmişdi.

  Enerji ekspertləri hesab edirlər ki, ABŞ-ın neft və qaz hasilatında ötən ilki artım indiyədək heç bir ölkə tarixində görünməmiş bir artım idi.

Nübar,

“İki sahil”