25 sentyabr 2020 23:23
780

ABŞ-ın üç ştatında rekord yoluxma qeydə alındı

ABŞ-ın üç ştatında koronavirusa sutkalıq yoluxma sayında rekord qeydə alınıb.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, Yuta ştatında sutka ərzində 1198, Cənubi Dakotada 463, Montanada isə 330 yoluxma aşkarlanıb.

Qeyd edək ki, ABŞ COVID-19-a yoluxma sayında dünyada ilk pillədə dayanır.