20 yanvar 2021 21:06
629

ABŞ-ın yeni Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə məşhur müğənni Ledi Qaqa Birləşmiş Ştatların himnini ifa edib.

Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib.

Donald Tramp inauqurasiyanı gözləmədən Ağ Evi tərk etdiyinə görə hakimiyyəti yeni komandaya vitse-prezident Mayk Pens ötürüb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri ötən il noyabrın 3-də keçirilib.

Demokratları təmsil edən 78 yaşlı Cozef Bayden ABŞ-ın 46-cı Prezidentidir.