17 oktyabr 2019 17:47
844

ABŞ Konqresi dopinq sövdələşməsinə görə cinayət məsuliyyəti barədə qanun layihəsini bəyənib

Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsi yeni qanun layihəsini yekdilliklə bəyənib. Sənədə əsasən, iri idman yarışlarında üstünlük əldə etmək üçün dopinqdən və digər qadağan olunmuş maddələrdən istifadə məqsədilə cinayətkar sövdələşmələrdə iştirak edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş informatoru Qriqoqi Rodçenkovun “şərəfinə” bu sənədə “Rodçenkovun antidopinq aktı” (The Rodchenkov Anti-Doping Act) adı verilib. Analoji qanun layihəsinə Senatın müvafiq komitəsində də baxılır.

Bu təşəbbüs “qadağan olunmuş maddələrin və metodların tətbiq edilməsi yolu ilə ən iri beynəlxalq idman yarışlarına təsir göstərmək məqsədilə insanların pul gücünə ələ gətirilməsində iştirak etməyə görə cinayət məsuliyyəti tətbiq olunması”, “belə sövdələşmələrin qurbanlarına vurulmuş ziyanın ödənilməsi”, həmçinin “informatorların onlara qarşı cavab tədbirlərindən müdafiə olunması” nəzərdə tutulur. Qanun layihəsinin qüvvəyə minməsi üçün indi ona Nümayəndələr Palatası tərəfindən tam heyətdə baxılmalıdır.

Keçən il buna oxşar bir təklif Konqresə təqdim edilmişdi, lakin o vaxt hətta profil komitələr səviyyəsində bu sənəd təsdiq edilmədi. Cari ilin əvvəlində qanun layihəsi yenidən təqdim edildi, çünki yanvarın ayından etibarən yeni tərkibli Nümayəndələr Palatası və Senat işə başlayıb.

2016-cı ilin yanvar ayından ABŞ-da olan Rodçenkov Rusiyada iki cinayət işi üzrə - səlahiyyətlərindən sui-istifadə etməkdə və güclü təsirə malik və ya zəhərli maddələrin satış məqsədilə qeyri-qanuni dövriyyəsində ittiham edilir. Məhkəmə bu işlər üzrə cəza tədbiri kimi Rodçenkovun barəsində qiyabi həbs tədbiri seçib.