26 iyun 2020 13:03
299

ABŞ səfirliyi: Azərbaycan birlikdə regionda və dünyada sülh naminə çox çalışmışıq

ABŞ-ın Azərbaycandakı səfirliyi 26 iyun - Azərbaycanda Silahlı Qüvvələr Günü münasibəti ilə bağlı səfirliyin rəsmi “Facebook” səhifəsində paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilir:

“Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu  istər Əfqanıstanın gələcəyi naminə, istərsə də, NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar. Birlikdə biz bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”.